Hörmüz boğazına tam nəzarət edirik, o bizimdir - Tramp

11:45 12 Avqust 2026

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı üzərində ABŞ-ın “tam nəzarətə” malik olduğunu bildirib.

Sitat.info xəbər verir ki, Tramp Hörmüz boğazının ABŞ-a məxsus olduğunu deyib: “Hazırda Hörmüz boğazına tam nəzarət edirik. Onlar yox, biz nəzarət edirik. O, bizimdir.” O, İranın ABŞ-a qarşı hər hansı addım atacağı təqdirdə “vurulacağını” da söyləyib.

Bunun fonunda İran boğazın açılması üçün Vaşinqtona bir sıra şərtlər irəli sürüb. Tehran ABŞ-ın blokadanı və sanksiyaları dayandırmasını, dondurulmuş vəsaitlərin qaytarılmasını və müharibəyə görə kompensasiya ödənilməsini tələb edir. 

Beləliklə, dünyanın əsas enerji marşrutlarından biri olan Hörmüz boğazı uğrunda ABŞ-İran qarşıdurması daha da kəskinləşir.

Səid,

Sitat.info



Xəbər xətti