ABŞ və İran atəşkəsin uzadılmasına razılaşıb - Pakistan rəsmiləri

13:41 12 Avqust 2026

Pakistan hökumət mənbələri bildiriblər ki, ABŞ və İran 17 avqustda başa çatacaq 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəliblər. Lakin atəşkəsin daha nə qədər müddətə uzadılacağı hələ müəyyən edilməyib.

Sitat.info xəbər verir ki, bu barədə Pakistan hökumətinin mənbələri məlumat verib. 

Məlumata görə, tərəflər qərarlarını vasitəçilərə çatdırıblar. Lakin atəşkəsin 17 avqustdan sonra nə qədər müddətə uzadılacağı hələ müəyyən edilməyib və bununla bağlı danışıqlar davam edir. 

ABŞ və İran arasında 17 iyunda imzalanan İslamabad razılaşması müharibənin dayandırılması və yekun razılaşmanın əldə olunması üçün 60 günlük danışıqlar müddəti nəzərdə tuturdu. 

Aytac,

Sitat.info

 



Xəbər xətti