4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

14:02 12 Avqust 2026

Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9 milyon manat ayrılması nəzərdə tutulur.

Sitat.info  xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında əksini tapıb.

Sərəncama əsasən, əsaslı təmir olunacaq 45 istilik qazanxanası ümumilikdə 122 yaşayış binasının 5335 mənzilinə xidmət göstərir.



Xəbər xətti