Uşaqlıq dostları DNT analizi ilə bacı olduqlarını öyrəndilər

10:04 13 Avqust 2026

Hindistanda körpə ikən müxtəlif uşaq evlərinə verilən və daha sonra Niderlandda ayrı-ayrı ailələr tərəfindən övladlığa götürülən 43 yaşlı Meena Geltink və 44 yaşlı Minal Tijssen illər sonra doğma bacı olduqlarını öyrəniblər.

Sitat.info xəbər verir ki, onlar 1996-cı ildə övladlığa götürülmüş uşaqlar üçün keçirilən tədbirdə tanış olublar. Bir-birlərinə çox oxşadıqlarını görən qadınlar yaxın dost olub, hətta zarafatla bir-birlərinə “bacı” deyiblər. Lakin sonradan 15 il əlaqələri kəsilib.

Bu ilin aprelində keçirilən DNT analizi isə təəccüblü həqiqəti ortaya çıxarıb: nəticələr 100 faiz uyğun gəlib.

Minal telefonuna gələn “Bacı” bildirişini görəndə şoka düşüb və bunun uşaqlıq dostu Meena olduğunu anlayıb.

Meena isə görüş zamanı “Səni görəndə özümü evimdə hiss edirəm” deyib.

İki bacı həqiqəti öyrəndikdən sonra hər gün əlaqə saxlayır.

Nigar,

Sitat.info

 



Xəbər xətti