"ABŞ Hörmüz boğazı məsələsində “tələyə düşüb"

10:58 13 Avqust 2026

"ABŞ Hörmüz boğazı məsələsində “tələyə düşüb”.

Sitat.info xəbər verir ki, keçmiş iranlı diplomat Abbas Xameyar bu barədə bildirib.

Onun sözlərinə görə, Tehran ABŞ-ın şərtlərinə tabe olmayacaq.

Xameyar hesab edir ki, Hörmüz boğazı İran üçün mühüm çəkindirmə vasitəsinə çevrilib və müharibənin gedişinə təsir göstərib.

Keçmiş diplomat Vaşinqtonu əvvəlki öhdəliklərə əməl etməməkdə də ittiham edib və problemin yalnız ciddi, qarşılıqlı etimad əsasında aparılan danışıqlarla həll edilə biləcəyini deyib.

Səid,

Sitat.info 



Xəbər xətti