İran Hörmüz Boğazına nəzarətin Tehranın əlində olduğunu bəyan edib.
Sitat.info-nun Əl- Cəzirəyə istinadən məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı Bəsic təşkilatının komandanı Hüseyn Taeb bildirib ki, strateji su yolu hazırda İranın “nəzarəti və idarəçiliyi altındadır”.
Taebin sözlərinə görə, İran öz yoluna “tam təhlükəsizlik şəraitində” davam edir və ABŞ İran İslam İnqilabının gücünü görüb.
Bu açıqlama ABŞ Prezidenti Donald Trampın əks bəyanatından bir gün sonra verilib. Tramp “Truth Social” platformasında ABŞ-ın Hörmüz boğazına “tam nəzarət etdiyini” açıqlamışdı.
Beləliklə, Vaşinqton və Tehran strateji su yoluna nəzarət məsələsində bir-birinə zidd mövqelər nümayiş etdirir. Hörmüz boğazında gəmi hərəkətinin kəskin azalması isə regionda gərginliyin davam etdiyini göstərir.
Aytac,
Sitat.info