Rusiya Ukraynanın Odessa vilayətində yerləşən İzmail və Reni limanlarına gecə saatlarında hücumlar həyata keçirildiyini açıqlayıb.
Sitat.info xəvər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücumlar pilotsuz uçuş aparatları ilə həyata keçirilib.
Nazirlik iddia edir ki, Reni limanında Ukrayna Hərbi Dəniz Qüvvələrinin idarəetmə mərkəzi, İzmail limanında isə ukraynalı hərbçilərin müvəqqəti yerləşdiyi məntəqə, həmçinin hərbi yüklərin daşınması və saxlanması üçün istifadə olunan infrastruktur hədəfə alınıb.
Rusiya tərəfi hücumların Ukrayna ordusunun hərbi-logistika imkanlarına qarşı həyata keçirildiyini bildirib.
Qeyd edək ki, İzmail və Reni limanları Dunay çayı üzərində yerləşir və Ukraynanın mühüm nəqliyyat və logistika qovşaqları hesab olunur.