İranın ballistik raket istehsalını gözləniləndən daha sürətlə bərpa etməsi İsraildə ciddi narahatlıq yaradıb.
Sitat.info xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” qəzeti yazır.
Qəzetin məlumatına görə, Təl-Əviv bu ilin əvvəlindəki İsrail-ABŞ hərbi əməliyyatlarından sonra İranın müdafiə sənayesinin uzun müddət zəifləyəcəyini gözləsə də, Tehran raket istehsalını qısa müddətdə bərpa etməyə başlayıb.
Bildirilib ki, İran ballistik raket istehsalı imkanlarını qoruyub saxlayıb və istehsalı ayda 100–300 raket səviyyəsinə çatdıra biləcəyi təqdirdə, arsenalını 2027-ci ilin əvvəlinə və ya ortalarına qədər əvvəlki səviyyəyə qaytara bilər.
Qəzet qeyd edir ki, İsrailin daha əvvəlki hesablamalarına görə, İranın raket istehsalının bərpası daha uzun vaxt aparmalı idi. Ancaq Tehranın istehsal imkanlarını sürətlə yenidən qurması İsrail tərəfini təəccübləndirib.
Aytac,
Sitat.info