İran ABŞ-la danışıqları vasitəçilər üzərindən davam etdirir.
Sitat.info xəbər verir ki, İranın Tailanddakı səfiri Nəsrəddin Heydəri TASS-a müsahibə verib.
O, bildirib ki, Tehran diplomatiyanı əsas prioritet hesab edir.
Heydərinin sözlərinə görə, danışıqlarda əsas məsələ ABŞ tərəfinin üzərinə götürdüyü öhdəliklərə nə dərəcədə əməl etməsidir.
Səfir vurğulayıb ki, İran diplomatik səyləri davam etdirməklə yanaşı, ölkəsini müdafiə etməyə də hazırdır.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında döyüşlərin dayandırılmasını nəzərdə tutan 60 günlük razılaşma əldə olunub. Daha sonra tərəflər İsveçrənin Burgenstok şəhərində, Qətər və Pakistanın vasitəçiliyi ilə danışıqlar aparıblar.
Lakin iyulun 8-də ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.
Aytac,
Sitat.info