“Sea breeze”də uşağın ayağı hovuzdakı su nasosunda sıxılı qaldı

22:44 14 Avqust 2026

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea breeze” istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sitat.info  xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda FHN qüvvələri tərəfindən əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.



Xəbər xətti