Britaniyada təyyarə qəzası: ölənlər var

09:29 15 Avqust 2026

Böyük Britaniyanın Uels inzibati ərazisində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Sitat.info xarici mediaya istinadla xəbər verir ki, qəza Qvinedddə baş verib.

Çətin keçilən ərazidə başlayan axtarış-xilasetmə əməliyyatı nəticəsində təyyarənin qalıqları və göyərtədəki 2 nəfərin meyiti tapılıb.

Ölənlərin şəxsiyyətləri barədə əlavə məlumat verilməyib.



Xəbər xətti