Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun istifadə etdiyi Odessa və İzmail limanlarına zərbələr endirdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, nazirliyin açıqlamasında bu barədə bildirilib ki, Rusiya ordusu Ukraynanın hərbi məqsədlər üçün istifadə etdiyi limanlara və gəmilərə hücumları davam etdirir.
Məlumata görə, Odessa limanında patrul katerləri və yanacaq anbarları, İzmail limanında isə hərbi yük daşıyan gəmilərin boşaldılması üçün istifadə olunan terminal, Qərb silahlarının yerləşdirildiyi anbarlar və pilotsuz dəniz aparatlarının saxlandığı obyektlər vurulub. Hücumlarda pilotsuz uçuş aparatlarından istifadə edildiyi bildirilib.
Açıqlamada həmçinin Odessada „Novaya Poçta“ logistika mərkəzinin, Dnepropetrovsk vilayətində isə pilotsuz uçuş aparatları anbarının hədəfə alındığı qeyd olunub.