İndoneziyanın Flores bölgəsində avqustun 15-də baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 53-ə yüksəlib, 135 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, dağıntıların böyük hissəsi təmizlənib, yolların hərəkət üçün açıldığı bildirilib. Bölgədə axtarış-xilasetmə və digər işlərin sürətləndirilməsi üçün 14 günlük fövqəladə vəziyyət elan edilib.
Zəlzələ nəticəsində 900-dən çox ev dağılıb, təxminən 5 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.