Tramp Məkkə İttifaqını təbrik etdi: “Böyük və cəsarətli addımdır”

12:05 17 Avqust 2026

ABŞ Prezidenti Donald Tramp Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə İttifaqından məmnunluğunu ifadə edib.

Sitat.info-nun xarici mediaya istinadən xəbərinə görə, Tramp bildirib ki, bu razılaşma Yaxın Şərq ölkələrinin öz təhlükəsizlikləri ilə bağlı daha çox məsuliyyət götürdüyünü göstərir.

“Üç ölkənin böyük liderliyini təbrik edirəm. Bu, böyük, cəsarətli və mühüm ilk addımdır”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti əlavə edib ki, ittifaq Yaxın Şərqin bir araya gəldiyini göstərir və ölkələrin özlərini daha effektiv şəkildə müdafiə etməsinə imkan yaradacağını deməyə əsas verir.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Birgə Müdafiə İttifaqı avqustun 7-də Prezident Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.

Aytac,

Sitat.info



Xəbər xətti