Avtomobildə partlayış- XƏSARƏT ALANLAR VAR

13:11 17 Avqust 2026

İmişlidə "Man" markalı yük avtomobilinin təkərinə hava vurulan zaman hava balonunun partlaması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Hadisə rayonun Məzrəli kəndində yerləşən təkər təmir sexində qeydə alınıb.

Sexdə "Man" markalı yük avtomobilinin pnevmatik hava balonuna hava vurularkən balon partlayıb.

Nəticədə Səxavət Məmmədov və Nurlan Fətəliyev ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti