Abşeron rayonu Daş Güzdək qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Cəlilabad rayon sakini 1961-ci il təvəllüdlü Rabil Əsgər oğlu Zərbəliyevin işlədiyi karxanada ehtiyatsızlıqdan ayağı qurğuda ilişərək xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.