Bakı-Quba yolunda dəhşətli qəza baş verib.
Sitat.info-nun əldə etdiyi məlumata görə, qəza avqustun 15-də ödənişli yolun 122-ci kilometrliyində qeydə alınıb.
“Maserati” və "BMW" markalı avtomobillər qəza nəticəsində magistral yoldan çıxaraq aşıb. Nəticədə hər iki avtomobil yararsız vəziyyətə düşüb.
Bizi "Tiktok"da -da izləyin...
@sitat.info
Hadisənin hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Sitat.info qəza sonrası avtomobillərin görüntülərini əldə edib.
Həmin görüntüləri təqdim edirik:
Aytac,
sitat.info