İran  ABŞ hərbçilərinin başına pul qoydu - 30 min dollar mükafat

14:56 17 Avqust 2026

İranla ABŞ arasında gərginlik davam edərkən Tehrandan diqqətçəkən açıqlama gəlib.

Sitat.info xəbər verir ki, İran Ordusunun Baş Komandanı, general-mayor Həbibullah Hatəmi bildirib ki, İran ərazisinə hücum edən ABŞ hərbçisini öldürən və ya yaxalayan İran vətəndaşına 30 min dollar mükafat veriləcək.

Onun sözlərinə görə, təşəbbüs xalqın iştirakı və maliyyələşməsi ilə həyata keçiriləcək.

Hatəmi həmçinin qadınlar üçün mükafatın 60 min dollar olacağını açıqlayıb.

Aytac,

Sitat.info

 



Xəbər xətti