ABŞ Prezidenti Donald Tramp İranla gərginliyin davam etdiyi Hörmüz boğazında ABŞ-ın fəaliyyətinə mane olacağı təqdirdə Omanı bombalayacaqlarını bildirib.
Sitat.info xəbər verir ki, Fox News müxbiri Trey Yinqst Tramp ilə müsahibəsindən ABŞ prezidentinin Hörmüz boğazı ilə bağlı fikirlərini açıqlayıb. Yinqstin sözlərinə görə, Tramp Omanın ABŞ-ın Hörmüzdəki fəaliyyətinə müdaxilə etməsi halında nə edəcəyi barədə suala “Oman qarşımıza çıxarsa, onları ağır şəkildə bombalayarıq” cavabını verib.
Tramp həmçinin İran İnqilab Keşikçiləri Korpusu rəsmiləri ilə gizli əlaqə kanallarının olduğunu bildirib.
ABŞ Prezidenti İranın əlində çoxlu sayda orta səviyyəli silahların olduğunu deyib və Tehranın nüvə silahına sahib olmasının qarşısını almağın onun “bir nömrəli məqsədi” olduğunu vurğulayıb.
Tramp İranla bağlı razılaşmanın müddətinin başa çatması barədə danışarkən Tehranın “təslim olmalı olduğunu” deyib və “Tələsmirəm” ifadəsini işlədib.
O, ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasının iqtisadi təzyiq yaratdığını, İranın isə bu məsələdə “blöf etdiyini” bildirib.
ABŞ Prezidenti həmçinin HƏMAS ilə müxtəlif kanallar vasitəsilə əlaqə saxladıqlarını və qrupun silahlarını yerə qoyacağını bildirib.
Aytac,
Sitat.info