ABŞ və İran arasında əldə olunan 60 günlük çərçivə razılaşmasının müddəti başa çatıb. ABŞ Prezidenti Donald Tramp razılaşmanı uzatmaq istəmədiyini açıqlayıb.
Sitat.info-nun xarici mediaya istinadən xəbərinə görə, Tramp bildirib ki, İranla yekun razılaşma əldə etmək istəyirlər, lakin Tehran ABŞ-ın tələb etdiyi şərtləri qəbul etməyəcək. O, “İran nüvə silahına sahib ola bilməz və olmayacaq” deyə vurğulayıb.
Tramp Hörmüz boğazı barədə də danışıb. O, ABŞ-ın boğaza blokada yolu ilə nəzarət etdiyini və burada tam nəzarətə sahib olduqlarını bildirib. Tramp həmçinin boğazın ABŞ ərazisi elan edilməsi ideyasını dəstəklədiyini deyib.
O, Omanla bağlı əvvəlki sərt açıqlamasını da təkrarlayaraq bildirib ki, ölkə ABŞ-ın fəaliyyətinə mane olsa, onunla “asanlıqla” mübarizə apara bilərlər.
Seymur,
Sitat.info