Ukraynadan Moskvaya DƏHŞƏTLİ hücum: Bir gecədə 620-dən çox PUA yağdırıb

11:30 18 Avqust 2026

Rusiya rəsmiləri Moskvanı hədəf alan gecə hücumunda 620-dən çox PUA-nın istifadə edildiyini açıqlayıb. Bu, son illərdə Rusiya paytaxtına edilən ən böyük hücumlardan biri kimi qiymətləndirilir.

Sitat.info-nun xarici mediaya istinadən xəbərinə görə, Moskva meri Sergey Sobyanin bildirib ki, bazar ertəsi axşamından çərşənbə axşamı səhər saatlarına qədər paytaxt və ətrafında 180 PUA vurulub, daha 17 PUA isə Moskva istiqamətində məhv edilib.

Hücum nəticəsində 3 nəfər, o cümlədən 10 yaşlı qız yaralanıb. Pavlovski Posad rayonunda evlərdən biri yanıb, Boqorodski rayonunda isə bir neçə ev və qonaq evi zərər görüb.

Moskvanın şərqində yerləşən Wildberries şirkətinin anbarı da PUA qalıqlarının düşməsi nəticəsində zədələnib. Şirkət binaya cüzi ziyan dəydiyini açıqlayıb.

Nigar,

Sitat.info



Xəbər xətti