Trampın reytinqi 33%-ə düşüb - İkinci prezidentlik dövrünün ən aşağı göstəricisi...

11:56 18 Avqust 2026

 ABŞ Prezidenti Donald Trampın fəaliyyəti amerikalıların cəmi 33 faizi tərəfindən dəstəklənir. Bu, onun 20 yanvar 2025-ci ildə prezident kimi and içməsindən sonra ən aşağı göstəricidir.

Sitat.info xəbər verir ki, Reuters və Ipsos-un keçirdiyi sorğuya əsasən, respondentlərin 64 faizi Trampın fəaliyyətini bəyənmir.

Sorğuda iştirak edənlərin 80 faizi ABŞ-İran münaqişəsinin uzun sürəcəyini düşünür. Respondentlərin yalnız 16 faizi münaqişənin bir neçə həftə ərzində başa çatacağını gözləyir.

Trampın ikinci prezidentlik dövründə reytinqi ən aşağı 34 faiz olub. Bu göstərici 2026-cı ilin aprel və iyun aylarında qeydə alınıb. Trampın ikinci prezidentlik dövründə ən yüksək dəstək göstəricisi isə 2025-ci ilin yanvarında olub – 47 faiz.

Sorğu avqustun 14-dən 17-dək 1166 ABŞ vətəndaşı arasında keçirilib.

Aytac,

Sitat.info



Xəbər xətti