BMT-nin hesabatına görə, 2025-ci ildə dünyada 907 humanitar yardım əməkdaşı öldürülüb, yaralanıb və ya oğurlanıb.
Sitat.info xəbər verir ki, Qəzza 186 yardım əməkdaşının öldürülməsi ilə ardıcıl üçüncü il humanitar işçilər üçün dünyanın ən təhlükəli bölgəsi olub. Sudan 71 ölüm ilə ikinci yerdə qərarlaşıb.
BMT 2026-cı ilin əvvəlindən indiyədək dünyada 82 yardım əməkdaşının öldürüldüyünü, 97 nəfərin yaralandığını və 39 nəfərin oğurlandığını açıqlayıb.
Aytac,
Sitat.info