İsrail ordusu Qəzzada 2024-cü ilin yanvarında öldürülən 5 yaşlı fələstinli qız Hind Rəcəbin və 2025-ci ilin martında öldürülən 15 təcili yardım və humanitar yardım əməkdaşının ölümü ilə bağlı cinayət araşdırmasına başlayacağını açıqlayıb
Sitat.info xəbər verir ki, qərar ordunun xüsusi araşdırma mexanizminin Qəzzada baş vermiş beş ayrı hadisəni araşdırmasından sonra verilib.
Hind Rəcəbin ailəsi ilə birlikdə olduğu avtomobilə atəş açıldıqdan sonra qız günlərlə yardım istəyib. Onu xilas etməyə gedən iki təcili yardım əməkdaşı da öldürülüb.
Bununla yanaşı, İsrail ordusu 2024-cü ilin aprelində World Central Kitchen təşkilatının 7 əməkdaşının öldürülməsi ilə bağlı cinayət işi açmağa əsas verəcək “ağlabatan şübhə” olmadığını bildirib.
15 xilasedicinin öldürülməsi ilə bağlı hadisədə isə Amnesty International müstəqil və qərəzsiz araşdırma tələb etmişdi.