İran Körfəz ölkələrini ABŞ ordusuna hər hansı dəstək və yardım göstərməməyə çağırıb. Tehran belə addımların ABŞ-ın hərbi əməliyyatlarında iştirak kimi qiymətləndiriləcəyini bildirib.
Sitat.info xəbər verir ki, İran Baş Qərargahının rəhbəri, general-mayor Abdullah Abdullahi Körfəz ölkələrinə xəbərdarlıq edərək, ABŞ hərbi qüvvələrinə göstərilən istənilən yardımın və yaradılan imkanların münaqişəyə cəlb olunmaq anlamına gələcəyini deyib.
Abdullahi ABŞ-a məxsus çoxsaylı hərbi təyyarələrin, xüsusilə yanacaqdaşıyan təyyarələrin bölgədəki bazalarda yerləşdirilməsinin ev sahibi ölkələrin məlumatı olmadan mümkün olmadığını bildirib.
Bu xəbərdarlıq ABŞ-ın “USS George Washington” aviadaşıyan gəmisini Yaxın Şərqə yenidən yerləşdirməsi barədə məlumatlardan sonra səsləndirilib.
Nigar,
Sitat.info