Astarada 36 yaşlı kişi dənizdə batdı - Yenilənib

09:01 20 Avqust 2026

Astara rayonunda bir nəfər dənizdə batıb.

Ышефе,штащ xəbər verir ki, hadisə Xəzər dənizinin Astara şəhəri sahilindəki “Bulvar” ərazisində baş verib.

İlkin məlumata görə, həmin şəxs Masallı rayonunun Kosagül kənd sakinidir.

Hazırda müvafiq qurumlar tərəfindən şəxsin axtarışları aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.



Xəbər xətti