Tramp İrana qarşı iqtisadi müharibə elan etdi

09:40 20 Avqust 2026

ABŞ Prezidenti Donald Tramp İranla bağlı indiyədək tətbiq olunmamış ən sərt iqtisadi tədbirlərin başladılacağını açıqlayıb.

Sitat.info xəbər verir ki, Tramp bildirib ki, İranın razılaşma imkanından istifadə etməməsi səbəbindən Tehrana qarşı “misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid” siyasəti həyata keçiriləcək.

O, İranın donanmasının və hava qüvvələrinin məhv edildiyini, hərbi zavodlarının dağıldığını və ölkə iqtisadiyyatının ağır vəziyyətdə olduğunu iddia edib.

Tramp həmçinin İranı dəstəkləyən ölkələrə xəbərdarlıq edib. Onun sözlərinə görə, İrana neft qaçaqmalçılığı, pul köçürmələri, valyuta əməliyyatları, gəmi qeydiyyatı və saxta şirkətlər vasitəsilə yardım göstərən ölkələr nəhəng iqtisadi nəticələrlə üzləşəcək.

ABŞ lideri müttəfiqlərini İrana qarşı bu tədbirlərdə Vaşinqtonun yanında olmağa çağırıb.

Nigar,

Sitat.info

 



Xəbər xətti