Yaponiya NATO-ya inteqrasiya etməyə çalışır – Çin səfiri

11:37 20 Avqust 2026

Çinin Rusiyadakı səfiri Çjan Hanhuy bildirib ki, Tokio NATO-ya inteqrasiyasını sürətləndirməyə çalışır.

Sitat.info xəbər verir ki, diplomatın sözlərinə görə, Yaponiya NATO-nun müvafiq hərbi strukturlarında iştirak etməyə fəal şəkildə çalışır və bu, ölkənin Şimali Atlantika Alyansının sisteminə inteqrasiyasını sürətləndirir.

Səfir qeyd edib ki, Tokionun siyasəti Yaponiya Konstitusiyasının sülh xarakterini tədricən zəiflədir və ölkənin müdafiə yönümlü təhlükəsizlik strategiyasından hücum xarakterli strategiyaya keçidini sürətləndirir.

Çjan Hanhuy bunun Asiya-Sakit okean regionunda təhlükəsizlik vəziyyətinə əlavə qeyri-müəyyənlik gətirdiyini vurğulayıb.

Nigar,

Sitat.info



Xəbər xətti