İsrail döyüş təyyarələri Suriyanın hava məkanını pozub

12:09 20 Avqust 2026

İsrailə məxsus döyüş təyyarələrinin Suriyanın cənubundakı Dəra vilayəti üzərində hava məkanını pozduğu bildirilib.

Sitat.info xəbər verir ki, Suriya rəsmi agentliyi SANA-nın məlumatına görə, insident İsrailin son günlər Suriyaya zərbələrini artırdığı bir vaxtda baş verib.  

Qeyd edək ki, İsrail avqustun 18-də Suriyanın İdlib vilayətində yerləşən Əbu Zuhur hərbi aerodromuna da hava zərbələri endirib.  

Aytac,

Sitat.info



Xəbər xətti