İranın neft ixracı tamamilə dayandı

12:30 20 Avqust 2026

İran Mərkəzi Bankının rəhbəri Əbdülnasır Himmeti bildirib ki, ABŞ-ın dəniz blokadası səbəbindən İranın neft ixracı tamamilə dayanıb.

Sitat.info xəbər verir ki, İran dövlət televiziyasına danışan Himmeti qeyd edib ki, region ölkələrinin də ixracı ciddi şəkildə azalıb.

Onun sözlərinə görə, İran bu vəziyyəti əvvəlcədən gözləyirmiş və hökumətlə Mərkəzi Bank buna qarşı müəyyən tədbirlər görüb.

Himmeti bildirib ki, İranın digər ölkələrdən əsas fərqi xaricdəki maliyyə ehtiyatlarına çıxışının olmamasıdır.

Onun sözlərinə görə, ABŞ İranın xaricdəki maliyyə ehtiyatlarını bloklayıb və ölkənin həmin vəsaitlərə çıxışına imkan vermir.

Nigar,

Sitat.info



Xəbər xətti