İsrailin Qəzzaya hücumlarında son 24 saatda 10 fələstinli öldürüldü

12:44 20 Avqust 2026

İsrail ordusunun atəşkəs razılaşmasına baxmayaraq Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində 10 fələstinli həyatını itirib, 25 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəsin qüvvəyə mindiyi 10 oktyabrdan etibarən İsrailin hücumları nəticəsində 1 283 nəfər ölüb, 4 248 nəfər yaralanıb.

Bildirilib ki, 2023-cü ilin oktyabrından bəri Qəzzada ölənlərin ümumi sayı 73 417-yə, yaralananların sayı isə 174 360-a çatıb.

Qəzza zolağında dağıntılar altında və yollarda hələ də çox sayda insanın qaldığı, lakin səhiyyə və mülki müdafiə qruplarının onlara çata bilmədiyi qeyd olunub.

Aytac,

Sitat.info



Xəbər xətti