Avqustun 20-nə keçən gecə Rumıniyanın hərbi radar sistemi Ukrayna sərhədi yaxınlığında bir qrup hava hədəfi aşkarlayıb.
Sitat.info xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, vəziyyəti izləmək üçün iki F-18 qırıcısı və IAR-330 SOCAT helikopteri havaya qaldırılıb.
Dron Rumıniyanın hava məkanına daxil olaraq Qrindu yaşayış məntəqəsindən təxminən 4 kilometr şimal-şərqdə yerə düşüb. Hadisə nəticəsində yanğın baş verib, lakin daha sonra söndürülüb.
Hadisə nəticəsində ölən və ya maddi zərər çəkənlərin olmadığı bildirilir.
Səid,
Sitat.info