Trampın İrana qarşı planı Çinlə toqquşmaya səbəb ola bilər

09:30 21 Avqust 2026

ABŞ prezidenti Donald Trampın İran iqtisadiyyatını təcrid etmək üçün təzyiqləri artırmaq planı Çinlə ciddi qarşıdurma riski yaradır.

Sitat.info xəbər verir ki, ABŞ İranla ticarət və maliyyə əlaqələrini davam etdirən ölkə və şirkətləri sərt iqtisadi nəticələrlə hədələyir. Vaşinqtonun əsas problemi isə İran neftinin təxminən 90 faizini alan Çindir.

Pekin artıq Trampın təhdidlərini rədd edib və İrana qarşı iqtisadi müharibənin münaqişənin həllinə kömək etməyəcəyini bildirib.

Ekspertlər xəbərdarlıq edir ki, ABŞ Çinin böyük banklarına qarşı sanksiyalar tətbiq edərsə, bu, Vaşinqton-Pekin münasibətlərini daha da gərginləşdirə və Çinin cavab tədbirlərinə səbəb ola bilər.

ABŞ-ın təzyiq göstərə biləcəyi digər ölkələr arasında BƏƏ, Türkiyə və Hindistan da var.

Aytac,

Sitat.info



Xəbər xətti