ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqtonun İrana qarşı başlatdığı iqtisadi təzyiq kampaniyasının nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir.
Sitat.info-nun xarici mediaya istinadən xəbərinə görə, Vens qeyd edib ki, İranın bir neçə həftə, bir neçə ay, yoxsa daha uzun müddət bu təzyiqə tab gətirə biləcəyi məlum deyil. Onun sözlərinə görə, əsas məqsəd İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.
Xatırladaq ki, Donald Tramp İranı hədəf alan “ən sarsıdıcı iqtisadi əməliyyatın” başladığını açıqlayıb və Tehrana dəstək verən ölkə və şirkətləri ciddi iqtisadi nəticələrlə hədələyib.
Səid,
Sitat.info