Hazırda Rusiyada genişmiqyaslı səfərbərliyə ehtiyac yoxdur və belə bir plan nəzərdə tutulmur.
Sitat.info xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
Onun sözlərinə görə, Rusiyanın kütləvi səfərbərlik elan etməsinə hazırda zərurət yoxdur.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə daha əvvəl səfərbərliklə bağlı yayılan şayiələrin seçkilər ərəfəsində ölkədə sabitliyi pozmağa yönəldiyini bildirmişdi.
Aytac,
Sitat.info