Şəmkirdə ağır yol qəzasında ölənlərin sayı 6-ya çatdı

11:11 21 Avqust 2026

Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında xəsarət alan azyaşlı xəstəxanada ölüb.

Sitat.info  xəbər verir ki, həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, qəza zamanı xəsarət alan 2021-ci il təvəllüdlü Q. Aslanovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə avqustun 17-də Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2106 markalı avtomobillə KİA markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər ölmüş, 2 nəfər xəsarət almışdı.

Faktla bağlı araşdırma aparılır./APA



Xəbər xətti