Ukraynaya ayrılan pulların taleyini Mossad əməkdaşı araşdıracaq

12:01 21 Avqust 2026

ABŞ və Avropa İttifaqı Ukraynaya hərbi yardım üçün ayrılmış vəsaitlərin mümkün mənimsənilməsi ilə bağlı araşdırmaları gücləndirib.

Sitat.info xəbər verir ki, Intelligence Online portalının məlumatına görə, araşdırmaya İsrailin “Mossad” kəşfiyyat xidmətinin keçmiş əməkdaşı Udi Levi də cəlb olunub. Levi vaxtilə iqtisadi müharibə və maliyyə kəşfiyyatı ilə məşğul olan bölməyə rəhbərlik edib.

Məlumata görə, Levi ilə ABŞ Maliyyə Nazirliyinin strukturları, o cümlədən FinCENOFAC, həmçinin Avropa Komissiyasının nümayəndələri əlaqə saxlayıb. Onun əsas vəzifəsi Qərbin Ukraynaya yardımı çərçivəsində ölkəyə daxil olmuş, daha sonra isə müxtəlif dələduzluq sxemləri ilə mənimsənildiyi iddia edilən vəsaitlərin izini sürməkdir.

Araşdırmalarda diqqət çəkən işlərdən biri Ukraynanın “Midas” əməliyyatıdır. Bu iş Ukraynanın Milli Antikorrupsiya Bürosunun (NABU) araşdırması ilə bağlıdır və dövlət enerji şirkəti “Energoatom”dan 100 milyon dollardan çox vəsaitin çıxarılması ilə bağlı iddiaları əhatə edir.

Aytac,

Sitat.info



Xəbər xətti