Ukrayna 2026-cı ildə Qərb tərəfdaşlarından gözlədiyi 49 milyard dollarlıq maliyyə dəstəyinin 13 milyard dollardan azını əldə edib. Nəticədə dövlət büdcəsini balanslaşdırmaq üçün Kiyevin qarşısında 36 milyard dollardan çox maliyyə açığı yaranıb.
Sitat.info xəbər verir ki, Kiyev ölkənin daxili resurslarının tükəndiyini bildirir. Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba isə beynəlxalq dəstəyin artıq “tavana çatdığını” və Qərbdən daha çox vəsait əldə etməyin çətinləşəcəyini deyib.
Buna baxmayaraq, Ukrayna 2027-ci ildə tərəfdaşlarından 52 milyard dollar maliyyə cəlb etməyi planlaşdırır.
Seymur,
Sitat.info