İran silah istehsalını 2 dəfə artırıb

11:42 22 Avqust 2026

İran son bir ildə silah və hərbi texnika istehsalını iki dəfə artırıb.

Sitat.info xəbər verir ki, İran Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Rza Tələi-Nik bildirib ki, ölkə istehsalı yaxın dövrdə daha üç dəfə artırmağı planlaşdırır.

Onun sözlərinə görə, 12 günlük müharibədən sonra strateji silahların, o cümlədən raket, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərinin istehsalına xüsusi diqqət yetirilib.

General bildirib ki, İranın müdafiə sənayesi zəncirinə hazırda 9 mindən çox özəl və elmi-texnoloji şirkət daxildir. O, İranın raket potensialına görə dünyanın ilk 10 ölkəsi sırasında olduğunu və pilotsuz uçuş aparatları sahəsində aparıcı dövlətlərdən biri sayıldığını deyib.

Aytac,

Sitat.info



Xəbər xətti