Almaniya Rusiyanı çəkindirmək məqsədilə təxminən 12 milyard avro dəyərində uzunmənzilli raket proqramı hazırlayır.
Sitat.info xəbər verir ki, Berlin müxtəlif raket sistemləri əldə etməyi planlaşdırır. Proqrama gələn ildən daha ucuz və kütləvi istehsal edilə bilən raketlər, ABŞ istehsalı “Tomahawk”lar, eləcə də Böyük Britaniya ilə birgə hazırlanacaq yeni hipersəs silahları daxildir.
Yeni silahların yüzlərlə, hətta minlərlə kilometr məsafədəki komanda mərkəzləri, aerodromlar, raket buraxılış qurğuları və logistika məntəqələrini vurmaq imkanına malik olması nəzərdə tutulur.
Almaniya Müdafiə Nazirliyi uzunmənzilli zərbə imkanlarının inkişafını həm ölkə, həm də NATO üçün əsas prioritetlərdən biri hesab edir.
Nigar,
Sitat.info