Prezidentin səfərindən öncə Daşkənddə möhtəşəm dron şou - Video

10:16 23 Avqust 2026

Azərbaycan Prezidenti İlham Əliyevin səfəri şərəfinə Özbəkistanın paytaxtı Daşkənd şəhərinin səmasında möhtəşəm dron şousu keçirilib.

Sitat.info xəbər verir ki, Daşkənd səmasına qalxan yüzlərlə dron Özbəkistan və Azərbaycan prezidentlərinin təsvirlərini, eləcə də hər iki ölkənin bayraqlarını formalaşdırıb.

Bu möhtəşəm şou paytaxt sakinlərinin diqqətini cəlb edib və dronların görüntüləri sosial şəbəkələrdə geniş yayılır.

Qeyd edək ki, avqustun 23-24-də Prezident İlham Əliyevin Daşkəndə dövlət səfəri planlaşdırılır.

 




Xəbər xətti