Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş veriib.
İlkin məlumata görə, "Kia" və VAZ-2106 markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.