Ötən gün Qərbi Abşeron yatağı, 50 saylı platformada işçi bədbəxt hadisə nəticəsində ölüb.
Sitat.info xəbər verir ki, bu haqda “Neftçilərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı məlumat yayıb.
Onun sözlərinə görə, SOCAR AQŞ-nin işçisi, çilingər peşəsində çalışan Nizami Abbasov qaldırıcı qurğunun üzərinə aşması zamanı həyatını itirib.
SOCAR AQŞ-dən APA- nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.