Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Sitat.info xəbər verir ki, Azərbaycan neftinin bir barelinin son ticarət qiyməti 1,99 ABŞ dolları və ya 2,05% azalaraq 95,13 ABŞ dollarına düşüb.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 97,12 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.