Ursula fon der Lyayen husilərin Səudiyyəyə hücumlarını pisləyib
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib və Fars körfəzindəki tərəfdaşlarla həmrəy olduğunu bildirib.
Sitat.info xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Mən husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyirəm. İran proksilərinin davamlı hücumları qarşısında Fars körfəzindəki tərəfdaşlarımızla həmrəyik", - fon der Lyayen yazıb.
O vurğulayıb ki, Avropa İttifaqı Hörmüz boğazı vasitəsilə təhlükəsiz və sərbəst gəmiçiliyin təmin edilməsi, eləcə də Yaxın Şərqdə sabitliyin qorunması üçün tərəfdaşlarla işləməyə davam edəcək.
"Bu, hamımız üçün vacibdir", - Avropa Komissiyasının rəhbəri əlavə edib.