Prezident ona təqdim olunan yarım milyon dollarlıq mükafatı bu fonda bağışladı

Prezident ona təqdim olunan yarım milyon dollarlıq mükafatı bu fonda bağışladı
SİYASƏT 14 Sentyabr 2026 20:00
Sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Prezident İlham Əliyevlə görüş zamanı "Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını dövlət başçısına təqdim edib.
Sitat.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə 2026-cı il üzrə bu mükafata layiq görülüb.
Mükafatın şərtlərinə görə, Azərbaycan Prezidentinə 500 min ABŞ dolları məbləğində vəsait verilir.
Prezident İlham Əliyev bu məbləğin tam olaraq Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib.