Zaretska Avstriyada qızıl medal qazandı
Azərbaycanın qadın karateçisi İrina Zaretska Avstriyanın Zalsburq şəhərində keçirilən Karate 1 - A Seriyası turnirində çempion olub.
Sitat.info xəbər verir ki, dünya və Avropa çempionumuz bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Olimpiya medalçısı 68 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.