Bu ölkədə növbədənkənar seçkilər keçiriləcək

Bu ölkədə növbədənkənar seçkilər keçiriləcək
Dünya 05 Oktyabr 2026 12:00
İspaniyanın Baş naziri Pedro Sançes noyabrın 29-da növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul edib.

Sitat.info xəbər verir ki, Sançes bu barədə oktyabrın 5-də keçirdiyi mətbuat konfransında açıqlama verib.

“Mən bu səhər Nazirlər Şurasının növbədənkənar iclasını çağırmaq və qanunla müəyyən edilmiş müddətlərə uyğun olaraq ümumi seçkilərin noyabrın 29-da, bazar günü keçirilməsi barədə qərar qəbul etdim”, – deyə baş nazir bildirib.

Növbədənkənar seçkilərin elan edilməsi İspaniyada mənzil böhranı ilə bağlı hökumətin təqdim etdiyi qanun layihələrinin parlamentdə qəbul edilməməsindən və ölkə üzrə keçirilən etirazlardan sonra baş verib.