Ukrayna Rusiya ilə uzunmüddətli münaqişə planı hazırlayıb
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixaylo Drapatiyin komandası Rusiya ilə uzunmüddətli münaqişə planı hazırlayıb və bu plan bir neçə həftədir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (NSDC) tərəfindən nəzərdən keçirilir.
Sitat.info xəbər verir ki, bu barədə "Ukrainska Pravda" iki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Nəşr yazır ki, sənəddə Ukrayna Silahlı Qüvvələrinin "Ukraynanı qorumaq" üçün məqsədləri və hərəkətləri göstərilib. Həmçinin əməliyyat müddətləri də müəyyən edilib. Media orqanı qeyd edib ki, "plan" strateji məsələlərlə yanaşı, Kiyevin müdafiəyə yanaşmasını da əhatə edir.