Rusiyada vəba həyəcanı: 200 nəfər nəzarətə götürülüb

Rusiyada vəba həyəcanı: 200 nəfər nəzarətə götürülüb
Dünya 05 Oktyabr 2026 14:25

Rusiyada laboratoriya əməkdaşının ölümü vəba ilə bağlı narahatlıq yaradıb.

Sitat.info xəbər verir ki, onunla təmasda olan təxminən 200 nəfər ehtiyat tədbiri olaraq nəzarətə götürülüb.

Lakin rəsmi açıqlamaya görə, əməkdaşın ölüm səbəbi vəba deyil, pnevmoniya olub. Aparılan yoxlamalarda vəba virusuna dair heç bir əlamət aşkarlanmayıb.

Təmasda olan şəxslər müayinə edilir, xəstəxanada bəzi fəaliyyətlər müvəqqəti dayandırılıb. Rusiya rəsmiləri hazırda vəba epidemiyasına işarə edən hal olmadığını bildiriblər.

Tehran,

Sitat.info